Oğlu illər sonra Salatın Əsgərovanın şəhid olduğu yerdə - VİDEO

28 Noyabr 2025 15:18

Ceyhun Əsgərov anası, Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın şəhid olduğu əraziyə gedib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda Ceyhunun həmin məkanı ziyarət etdiyi, emosional anlar yaşadığı görünür.Paylaşılan görüntülər izləyiciləri dərin şəkildə təsirləndirib.

İzləyicilər bu addımı Salatın Əsgərovanın xatirəsinə göstərilən böyük hörmət kimi qiymətləndirərək Ceyhun Əsgərova dəstək dolu mesajlar ünvanlayıblar.

Bildirək ki, Salatın Əsgərova Birinci Qarabağ müharibəsi iştirakçısı olub. O, 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilənAzərbaycanın Birinci Qarabağ müharibəsində həlak olan ilk xanım jurnalistidir.

Qeyd edək ki, Ceyhun Əsgərov pis vərdişlərdən aslılığa görə reabilitasiya mərkəzində müalicə alıb. 

Hüseyn
Milli.Az