Türkiyənin əfsanəvi müğənnisi Ajda Pekkan konsertlərindən birində görüntülənib.
Milli.Az-ın məlumatına görə, səhnədə tamaşaçılarla səmimi ünsiyyət quran sənətçinin yeni görünüşü diqqət çəkib.
Onun son dövrlərdə etdirdiyi gözəllik prosedurlarından sonra dəyişən siması sosial şəbəkədə geniş müzakirə olunub.
İfaçının yeni halını bəyənənlər də var, dəyişiklikləri tənqid edənlər də. Ajda Pekkanın konsert görüntüləri qısa zamanda sosial mediada gündəm olub.
Musa
Milli.Az