Manikürə görə reanimasiyaya düşdü - FOTO

28 Noyabr 2025 16:12

Qadın manikürdən sonra reanimasiya şöbəsinə düşüb.

Milli.Az xəbər verir ki, Sidney sakini Klaudiya Rufin manikürdən sonra ağır vəziyyətə düşüb.

Qadın bildirib ki, salon xidmətindən sonra nəfəs darlığı, görmə pozuntusu və ayaq barmaqlarında keyimə hiss edib. Bir neçə saat sonra böyük barmağı şişib, qolunda isə qızılı xəttlər əmələ gəlib ki, bu, infeksiyanın limfa yolları ilə sürətlə yayıldığının əlamətidir.

Növbəti gün barmaq qaralaraq vəziyyət kritik həddə çatıb. Rufin gözləyirmiş ki, həkimlər sadəcə dırnaq çıxaracaq, amma vəziyyət daha ciddi olub Cərrahlar streptokokk sepsisinin yayılmasının qarşısını almaq üçün yoluxmuş toxumaları kəsiblər.

18 gün ərzində qadın altı əməliyyat keçirib, dəri köçürülməsi olunub və 48 tikiş qoyulub. İlk həftə güclü ağrı və yüksək hərarət səbəbindən demək olar ki, heç nəyi xatırlamayıb.

Rufin bildirib ki, infeksiya manikür zamanı kütikulanın kəsilməsi nəticəsində orqanizmə daxil olub. O iddia edir ki, manikür ustası sterilizasiya olunmamış alətlərdən istifadə edib və onları həmkarları ilə paylaşıb.

Hazırda qadın sağalır, lakin barmağı hələ tam funksiyasını bərpa etməyib və hissiyyatın bir hissəsini itirib.

İsmayıl
Milli.Az