ChatGPT istifadəçilərinə xəbərdarlıq - Məlumatlar sızdırıldı

28 Noyabr 2025 13:45

OpenAI istifadəçilərinə e-poçt göndərərək böyük məlumat sızması baş verdiyini təsdiqləyib.

Milli.Az xəbər verir ki, sızma, şirkətin üçüncü tərəf veb analitika xidməti "Mixpanel" vasitəsilə baş verib.

Sızan məlumatlara istifadəçi adları, e-poçt ünvanları, təxmini yerləşmə, istifadə olunan əməliyyat sistemi və brauzer tipi, həmçinin bəzi təşkilat və istifadəçi ID-ləri daxildir. ChatGPT-dəki söhbət məzmunu, ödəniş məlumatları, parollar və hökumət sənədləri isə təhlükəsiz qalıb.

OpenAI bildirib ki, Mixpanel ilə əlaqəni dayandırıb və istifadəçiləri fişinq və sosial mühəndislik hücumlarına qarşı diqqətli olmağa çağırıb. Şirkət istifadəçiləri məlumatlandırma işində şəffaf olduğunu vurğulayıb, lakin belə sızmaların baş verməməsi ideal olardı.

İstifadəçilərə tövsiyə olunur ki, bütün hesablarında çoxfaktorlu təsdiqi aktiv etsinlər.

İsmayıl
Milli.Az