1-ci sinif şagirdi məktəbin həyətində öldü

28 Noyabr 2025 11:39

Abşeron rayonu Masazır qəsəbəsindəki məktəblərdən birində şagird vəfat edib.

Milli.Az xəbər verir ki, noyabrın 27-si Masazırdakı 1 N-li tam orta məktəbin qarşısında 1-ci sinif şagirdi, qəsəbə sakini 2018-ci il təvəllüdlü Emin Etibar oğlu Həmidovun qəflətən halı pisləşib.

Təcili tibbi yardım gələnədək azyaşlı vəfat edib.

Şagirdin qan azlığı və ürək problemlərindən əziyyət çəkdiyi bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Milli.Az