Mətanət Əliverdiyeva aparıcısı olduğu verilişdə gənc ifaçılara üzünü tutub.
Axşam.az xəbər verir ki, o, proqramına mühafizəçilərlə gələn müğənniləri təndiq edib:
"Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız "qarpızlanmasın". Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir. İnsanlar onu bur cür sevir. Sizin belə gedib-gəlməyinizlə nə olur ki? Verilişlərə, konsertlərə elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq".
Milli.Az