Xüsusi hərbi əməliyyat zonasında döyüşlər Ukrayna qoşunları mövqelərini tərk etdikdən sonra dayandırılacaq.
Milli.Az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Qırğızıstana səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İndi sizə çox qısa danışacam. Ukrayna qoşunları işğal etdikləri ərazilərdən çıxanda döyüşlər o zaman dayanacaq. Əgər onlar geri çəkilməsələr, biz buna silah gücü ilə nail olacağıq. Hamısı budur", - Rusiya lideri bildirib.
Putin Ukrayna münaqişəsinin tezliklə həllinə ümid etdiyini bildirib və vurğulayıb ki, sülhün bərqərar olması üçün şərt Rusiyanın xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmasıdır.
Fidan
Milli.Az