Qonaq olduğu veriliş yarıda kəsilən Almaxanımdan REAKSİYA - FOTO

28 Noyabr 2025 10:17

Xəbər verdiyimiz kimi, ötən gün Xəzər TV-də yayımlanan "İncə səhər" proqramı gözlənilmədən yarımçıq dayandırılıb.

Milli.Az xəbər verir ki, sözügedən efirin qonaqları arasında müğənni  Almaxanım Əhmədli də olub.

Xanəndə özü sosial şəbəkə hesabında məsələyə reaksiya verib. O, telekanalın həmin yayım barədə açıqlamasını izləyiciləri bölüşərək barəsində yayılan "Almaxanıma görə veriliş dayandırıldı" iddiasını qəbul etmədiyini bildirib.

Qeyd edək ki, Xəzər TV bu gün efirə gedən "İncə səhər" verilişinin yarımçıq dayandırılması ilə bağlı bunları açıqlamışdı:

"Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb. Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl "playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb".

Musa
Milli.Az