Honq-Konqda kabus başa çatdı - Yanğın 3 gün sonra tamamilə söndürüldü - YENİLƏNİB - FOTO

28 Noyabr 2025 10:43

️10:43

Honq-Konqda yaşayış kompleksində yanğın 3 gün sonra tamamilə söndürülüb.

10:20

Çinin Honkonq Xüsusi İnzibati Bölgəsinin Tay Po rayonunda yerləşən böyük yaşayış kompleksində dəhşətli yanğın nəticəsində həyatını itirənlərin sayı 94-ə yüksəlib.

Milli.Az xəbər verir ki, təxminən 4000 nəfərin yaşadığı Vanq Fuk Kompleksində yanğının söndürülməsi üzrə əməliyyatlar artıq 40 saatdan çoxdur ki, fasiləsiz davam edir.

Honkonq Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə zamanı həyatını itirənlər arasında bir yanğınsöndürən də var. Bundan əlavə, 76 nəfər - o cümlədən 11 yanğınsöndürən - müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə baş verdikdən sonra xilasedicilər kompleksdə qalan sakinlərdən daxil olan 25 təcili yardım çağırışına cavab verə bilmədiklərini bildiriblər. Yanğının miqyası və sıx məskunlaşma xilasedicilərin işini çətinləşdirib.

Xatırladaq ki, 26 noyabr, saat 12:00 radələrində Vanq Fuk Kompleksinin xarici hissəsində təmir məqsədilə quraşdırılan bambuk tezalışan izolyasiya materiallarının alışması yanğının sürətlə yayılmasına səbəb olub. 1900-dən çox mənzilə sahib kompleks qısa müddətdə alova bürünüb.

Hadisə ilə bağlı polis təmir işlərinə cavabdeh olan şirkətin iki menecerini və bir məsləhətçi mühəndisini "səhlənkarlıqdan ölümə səbəb olmaq" ittihamı ilə saxlayıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Fidan
Milli.Az