Huşunu itirən Medinadan PAYLAŞIM

28 Noyabr 2025 09:33

"Qarabağ"ın müdafiəçisi Kevin Medina Çempionlar Liqasındakı qorxulu epizoddan sonra sosial şəbəkədə ilk açıqlamasını verib.

Milli.Az xəbər verir ki, kolumbiyalı futbolçu instaqram hesabında özünü narahat edən hər kəsə təşəkkür edib:

"Dəstək göstərən hər kəsə minnətdaram. Artıq özümü yaxşı hiss edirəm və işə qayıtmaq üçün səbirsizlənirəm. Mübarizəni davam etdiririk".

Xatırladaq ki, "Napoli" - "Qarabağ" matçının 50-ci dəqiqəsində Medina rəqibin vurduğu topun təsirindən yıxılaraq huşunu itirmişdi. Həkim müdaxiləsindən sonra oyuna davam etmək istəsə də, bir neçə dəqiqə sonra səhhəti yenidən pisləşdiyi üçün meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Hüseyn
Milli.Az