“Barselona”da ciddi itki

28 Noyabr 2025 09:08

"Barselona" yaxın günlərdə yarımmüdafiə xəttində itki ilə üzləşəcək.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, komandanın gənc futbolçusu Fermin Lopes məşq prosesində sağ ayağından zədə alıb.

22 yaşlı oyunçunun durumunun ciddi olmadığı bildirilsə də, onun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Bununla yanaşı, Kataloniya klubunda müsbət xəbər də var. Uzun müddət zədəli olan digər yarımmüdafiəçi Pedri fərdi hazırlığını tamamlayaraq komanda ilə məşqlərə qayıdıb. Bu, "Barselona"nın qarşıdakı oyunlar üçün heyət seçimini xeyli rahatlaşdıracaq.

Hüseyn
Milli.Az