Meyvə və tərəvəzlərlə bağlı aparılan araşdırmaya görə ən sağlam qidalar açıqlanıb. Mütəxəssislər 17 əsas qidanı qiymətləndiriblər.
Milli.Az xəbər verir ki, araşdırmada qidaların kalium, lif, protein, kalsium, dəmir, tiamin, riboflavin, niasin, folat, sink və müxtəlif vitamin dəyərləri nəzərə alınıb.
Tərtib olunan qiymətləndirməyə görə kartof 100 baldan 10,51 bal alaraq sonuncu yeri tutub. Meyvələr arasında isə qreyfrut 10,47 balla ən aşağı göstəriciyə sahib olub.
Araşdırmanın nəticələrinə əsasən siyahı belə formalaşıb:
10-cu yer: Qara kələm - 62,49 bal
9-cu yer: Qıvrım kahı - 63,48 bal
8-ci yer: Cəfəri - 65,59 bal
7-ci yer: Yarpaq kahı - 70,73 bal
6-cı yer: Hindiba - 73,36 bal
5-ci yer: İspanaq - 86,43 bal
4-cü yer: Çuğundur yarpağı - 87,08 bal
3-cü yer: Çuğundur - 89,27 bal
2-ci yer: Çin kələmi - 91,99 bal
Zirvədə isə hər kəsi təəccübləndirən bir bitki dayanıb. Araşdırmanın nəticəsinə görə 100 baldan 100 bal alaraq birinci yerə çıxan tərəvəz - su tərəsi olub.
Mütəxəssislərin "Mükəmməl" adlandırdığı su tərəsi Brassicaceae (kələmkimilər) fəsiləsinə aiddir və lahana, brokoli, Brüssel kələmi kimi tərəvəzlərlə "qohumdur". K vitamini baxımından çox zəngin olan su tərəsi xroniki xəstəlik riskini azaldır.
Araşdırma ilə bağlı danışan dosent Dr. Jennifer Di Noia qeyd edib ki, güclü meyvə və tərəvəzlər ürək-damar xəstəlikləri, neyrodegenerativ xəstəliklər və bəzi xərçəng növləri daxil olmaqla çoxlu sayda xroniki xəstəlik riskini azaltma potensialına malikdir.
Lalə Qüdrətova
Milli.Az