Gəncənin Gülüstan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə zamanı "Vaz 2107" markalı minik avtomobili ilə "Bakubus" MMC-yə məxsus marşrut avtobusu toqquşub.
Nəticədə minik maşınında olan bir nəfər hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananlar da var.
Qəzada ölən şəxsin 19 yaşlı Qurban Cəbrayılov, xəsarət alanların isə 2004-cü il təvəllüdlü Ramin Quliyev və 2005-ci il təvəllüdlü Əli Abdullayev olduğu müəyyənləşib.
Faktla bağlı araşdırma başlanılıb.
Milli.Az