Qala qəsəbəsi Xaşaxuna bağ massivinin sakinləri içməyə su tapmır.
Milli.Az xəbər verir ki, ərazidə mərkəzləşdirilmiş su şəbəkəsi yoxdur. Suyun olmaması əhali üçün ciddi problemdir. Onların sözlərinə görə, əksər hallarda suyu pulla alırlar.
Məsələ ilə bağlı ADSEA-dan bildirildi ki, qeyd olunan ərazidə su şəbəkəsi mövcud deyil. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə mmüvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində su şəbəkəsinin inşası agentliyin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır.
Aysel Əkbər
Milli.Az