Az yağ nisbəti, yüksək qida dəyəri və asan həzm olunması ilə diqqət çəkən keçi əti mütəxəssislərə görə ən sağlam ət seçimlərindən biridir.
Milli.Az xəbər verir ki, Araşdırmalar göstərir ki keçi əti protein, dəmir və B12 vitamini baxımından digər ət növlərini geridə qoyur.
Keçi əti qırmızı ətlər arasında ən aşağı yağ nisbətinə malikdir. Bu göstərici xüsusilə ürək sağlamlığı üçün vacib sayılır. Aşağı kalorili olması isə çəki idarə edənlərin keçi ətini seçməsinə səbəb olur.
İngiltərədən olan qidalanma mütəxəssisi Dr. Matthew Smith bildirir ki, keçi əti lif strukturu sayəsində digər qırmızı ətlərdən daha rahat həzm olunur. O qeyd edir ki keçi əti protein baxımından yüngül, mədəyə daha az yük verir. Dəmir və B12 vitamini ilə zəngin olması immunitet və enerji üçün əlavə üstünlük yaradır.
Elmi araşdırmalara görə keçi əti yüksək keyfiyyətli protein, dəmir, sink, B12 vitamini və selenyum baxımından zəngindir. Bu xüsusiyyətləri sayəsində əzələ inkişafından immunitet sisteminin güclənməsinə qədər bir çox sahədə faydalıdır.
Məlum olub ki, keçi əti bəzi allergik reaksiyalar üçün digər ət növlərinə nisbətən daha az risk daşıyır. Dana və ya qoyun ətinə qarşı həssaslığı olan insanlar keçi ətini rahatlıqla qəbul edə bilir.
Qeyd edək ki, keçi əti sağlam xüsusiyyətlərinə baxmayaraq düzgün bişirilməlidir. Yağ nisbəti aşağı olduğu üçün çox bişirilən ət sərtləşir. Buna görə aşağı temperaturda, uzun müddət hazırlanması tövsiyə olunur.
İsmayıl
Milli.Az