Paşinyan gələn il də namizəd olacaq

27 Noyabr 2025 16:15

"2026-cı ildə keçiriləcək parlament seçkilərində "Vətəndaş müqaviləsi" partiyasından Baş nazir vəzifəsinə namizədliyimi irəli sürəcəyəm".

Milli.Az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, deputatlığa namizədlərin qeydiyyat prosesi şəffaf keçiriləcək.

Xatırladaq ki, N.Paşinyan 2018-ci ildən Ermənistanın Baş naziridir.

Milli.Az