Xabi Alonso Arda Gülerdən üzr istədi

27 Noyabr 2025 13:22

"Real Madrid"in baş məşqçisi Xabi Alonso Çempionlar Liqasının "Olimpiakos"la keçirilən oyunundan sonra etdiyi dəyişikliklə bağlı futbolçusu Arda Gülerdən üzr istəyib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3:4 hesabı ilə başa çatan qarşılaşmada sarı kart alan gənc oyunçunun əvəzlənməsi Alonso tərəfindən səhv qərar kimi qiymətləndirilib.

Məşqçi matçdan sonra Ardanın yanına gələrək, 60-cı dəqiqədə onu Cud Bellinqemlə əvəz etdiyinə görə təəssüfünü bildirib:
"Səni oyundan çıxarmamalıydım", - deyə o, futbolçuya üzrxahlığını çatdırıb.

Tural
Milli.Az