Röyanın qardaşı vəfat edən atasından DANIŞDI: "Gecələr ağlayıram ki..."

27 Noyabr 2025 14:08

Xalq artisti Röya Ayxan müğənni qardaşı İsmayıl ilə birlikdə vəfat etmiş atasından danışıb.

Milli.Az-ın məlumatına görə, gecələr ağladığını deyən sənətçi açıqlamasında atasının oğul nəvəsini görmək istəməsi arzusunu dilə gətirib:

"Atam oğul övladından nəvə gözləyirdi. Digər nəvələrini də ayrı cür sevirdi. Çox istəyərdi ki, görsün, amma nəsib olmadı. Ona hədiyyə geyim aldığını dedilər,hələki  onu geyindirirəm. Gecələr istər-istəməz ağlayıram, çünki xəyallar qururdu, uşağı görsün. Telefonla göstərmişdim, amma səhhəti ilə bağlı yanına gələ bilmədi".

Sənətçi atasına olan həsrətini və keçmiş xatirələrini bu cür ifadə edib.

Musa
Milli.Az