Bu ölkədə 6,6 bal gücündə zəlzələ oldu

27 Noyabr 2025 12:20

İndoneziyanın Aceh əyalətinin Simeulue adasında 6,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələ yerin 26 kilometr dərinliyində qeydə alınıb, tələfat yoxdur.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı elan edilməyib.

Milli.Az