27.11.2025-ci il tarixində saat 10:30 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər şəxs (kişi cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, sol bud sümüyünün sınığı, sol sirkə kasasının sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxs cərrahi əməliyyata götürülüb, müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
1960-cı və 1966-cı il təvəllüdlü pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***
İmişli rayonu ərazisində 3 nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı "Toyota", "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan 3 nəfər İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Milli.Az