Dünən günorta saatlarında Abşeron rayonunda ağır yol qəzası baş verib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, saat 12 radələrində Fatmayı kəndində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Elcan Zair oğlu Ələsgərovun idarə etdiyi 90-YD-245 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" markalı avtomobil aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bildirilir ki, E.Ələsgərov avtomobili taksi fəaliyyəti məqsədilə istifadə edirmiş.
Milli.Az