Türkiyəli aktrisa Meral Kaplan haqqında Beşiktaşdakı terapiya mərkəzində lisenziyasız prosedurlar aparıldığı iddiası ilə cinayət işi açılıb.
Milli.Az xəbər verir ki, əvvəllər də dələduzluq ittihamları ilə gündəmə gələn Kaplan bu dəfə biorezonans terapiyasının icazəsiz şəxslər tərəfindən tətbiq edilməsi səbəbilə ittiham olunur.
.png)
İstanbul Baş Prokurorluğu mərkəzlə bağlı araşdırma başladıb.
Mərkəzin sahibi Meral Kaplan isə ittihamları rədd edir. O bildirir ki, istifadə olunan cihaz tibbi avadanlıq sayılmır və biorezonans metodunun tətbiqi xüsusi tibbi təcrübə tələb etmir.
Prokurorluq Kaplan barəsində üç ilə qədər həbs cəzası tələb edir.
Fidan
Milli.Az