Soçi hava limanı bağlandı

27 Noyabr 2025 11:22

Rusiyanın Soçi şəhər hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Milli.Azxarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat katibi Artyom Korenyako öz rəsmi "Telegram" kanalında məlumat yayıb.

Korenyakonun yazdığına görə, aeroportun hava reyslərini müvəqqəti olaraq dayandırmasında məqsəd təyyarələrin təhlükəsizliyinin təmin olunması olub.

Milli.Az