İndi o özü həmin filmdə ata olmaq istəyir... - FOTO

27 Noyabr 2025 09:40

Aktyor Makoley Kalkin populyar "Evdə tək" filminin davamı çəkilərsə, Kevin Makkallister obrazına geri qayıtma ehtimalını açıq saxlayıb.

Milli.Az xəbər verir ki, aktyor yenidən həmin rolu canlandırmağın onun üçün problem olmadığını deyib və davam filmi üçün özünün düşündüyü süjet xəttini bölüşüb.

Kalkinin sözlərinə görə, yeni filmdə Kevin ya dul, ya da boşanmış bir ata kimi təsvir oluna bilər. O, təkbaşına uşaq böyüdür və işlərinin çoxluğu səbəbindən övladına kifayət qədər diqqət ayıra bilmir. Nəticədə uşağı ondan inciyir və atanı evə buraxmamaq üçün müxtəlif tələlər qurur.

Aktyor bildirib ki, bu dəfə Kevin illər əvvəlki filmlərdəki oğruların yerində olacaq - o, öz evinə girməyə çalışacaq. 

Fidan
Milli.Az