Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən yanğın zamanı həlak olanların sayı 83-ə çatıb, onların arasında bir yanğınsöndürən də var.
Milli.Az xəbər verir ki, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan şəxsi xilas ediblər.
23:39
2025.11.26
Çinin xüsusi inzibati bölgəsi olan Honq Konqda təxminən 4 min nəfərin yaşadığı, 8 binadan ibarət yaşayış kompleksində baş verən yanğında vəziyyət daha da ağırlaşıb.
Milli.Az xəbər verir ki, 31 mərtəbəli göydələndə baş verən yanğında 36 nəfər ölüb, 29 nəfər yaralanıb və 279 nəfər itkin düşüb.
Yanğının sürətlə yayılmasına binanın fasadında təmir üçün quraşdırılan bambuk konstruksiyanın səbəb olduğu bildirilir.
Honq Konq Nəqliyyat Nazirliyi yanğın səbəbilə Tai Po yolunun bir hissəsini bağlayıb və avtobusları başqa istiqamətlərə yönləndirib.
Lalə Qüdrətova
Milli.Az