Məhlulu divara çəkin və 20 dəqiqəyə kif tamamilə yox olur

26 Noyabr 2025 23:47

Divarlarda əmələ gələn kif həm pis qoxuya, həm də tənəffüs yolu problemlərinə səbəb ola bildiyi üçün evlərdə ciddi qəbul edilməli bir məsələ sayılır. Xüsusilə payız və qış aylarında artan rütubət, havalandırılması zəif olan sahələrdə kifin sürətlə yayılmasına gətirib çıxarır. Mütəxəssislərin fikrincə, kif müəyyən edilən kimi müdaxilə etmək həm sağlamlıq, həm də divar səthinin daha çox zədələnməsinin qarşısını almaq baxımından kritik əhəmiyyət daşıyır. Kimyəvi məhsullara çıxışı olmayanlar üçün isə evdə hazırlanabilən təbii qarışıqlar kifi qısa müddətdə təsirsiz hala gətirə bilir.

Milli.Az xəbər verir ki, asanlıqla tapılan oksigenli su (%3 hidrogen peroksid) kif təmizliyində təsirli təbii üsullardan biri kimi ön plana çıxır. Oksigenli suyun səthdəki göbələk qatı­nı parçalama xüsusiyyəti divardakı tünd ləkələrin qısa müddətdə həll olmasına imkan verir. Təsirini artırmaq üçün bir çox təmizlik mütəxəssisinin tövsiyə etdiyi vasitələrdən biri də çay ağacı yağıdır (tea tree oil). Bu yağ antifungal təsiri ilə tanınır.

Tətbiq üsulu:

1 ölçü oksigenli su ilə 1 ölçü suyu qarışdırın.

Qarışıma təxminən 10 damla çay ağacı yağı əlavə edin.

Hazırladığınız məhlulu kifli sahələrə bol şəkildə sıxın.

Təxminən 20 dəqiqə gözləyin.

Daha sonra səthi süngər və ya fırça ilə yüngülcə ovaraq qurudun.

Oksigenli su kif qatını parçaladığı üçün divarı ovmaq çox güc tələb etmir. Bir neçə tətbiqdən sonra tünd ləkələrin tamamilə yox olduğu müşahidə edilir.

Sirkə və çay ağacı yağı qarışığı da təsirlidir

Ev təmizliyində tez-tez istifadə edilən ağ sirkə və ya təmizlik sirkəsi, turşuluq tərkibi sayəsində kif sporlarını yox etməyə kömək edir. Sirkənin çay ağacı yağı ilə birləşdirilməsi qarışığın təsirini daha da artırır.

Qarışıq bu şəkildə hazırlanır:

100 ml təmizlik sirkəsi

100 ml su

20 damla çay ağacı yağı

Bu qarışıq divardakı kifin üzərinə tətbiq olunub 20 dəqiqə saxlandıqda ləkələrin asanlıqla həll olunur. Ardınca divar fırça və ya bezlə təmizlənir.

Kifi təmizləmək qədər onun təkrar əmələ gəlməsinin qarşısını almaq da vacibdir. Xüsusilə qış aylarında yüksək rütubət səbəbilə kif daha sürətli yayıldığı üçün mütəxəssislər aşağıdakı tədbirlərə diqqət çəkirlər:

Müntəzəm havalandırma: Səhər və axşam qısa müddətli çarpaz hava axını kif riskini ciddi şəkildə azaldır.

Nəmin nəzarətdə saxlanması: Hamam, mətbəx və şimal tərəfli otaqlarda rütubət sürətlə yüksəldiyi üçün bu sahələr daha tez-tez yoxlanılmalıdır.

Su sızması ehtimalı: Divarlarda qabarmalar, saralmalar və ya daimi rütubət varsa, üst qatdan sızma və ya izolyasiya problemi ola bilər; mütləq yoxlanmalıdır.

Hamamdan sonra havalandırma: Duşdan sonra qapını açıq qoymaq və ya aspiratoru işlətmək buxarın divarda toplanmasının qarşısını alır.

Əşyaların divara sıx yerləşdirilməməsi: Böyük şkaf və divanların divarla ən azı bir neçə santimetr məsafə ilə yerləşdirilməsi hava dövranını artırır.

Lalə Qüdrətova
Milli.Az