Türkiyəli ekspert: "Qurbanova Avropa klublarından ciddi təkliflər var"

26 Noyabr 2025 22:31

Türkiyəli futbol eksperti Önder Özen "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova Avropadan təklif olduğunu bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bu barədə "YouTube" platformasında yayımlanan verilişdə məlumat verib.

"Aldığım məlumatlara görə, Qurban Qurbanov üçün üfüqdə transfer görünür. Çox az heyət dəyərinə malik komanda ilə UEFA Çempionlar Liqasındakı çıxışı Avropa klublarının diqqətini cəlb edib. Qurban Qurbanov "Qarabağ"da çox uğurlu mövsümlər keçirib. Əgər Rusiya-Ukrayna müharibəsi olmasaydı, Rusiya liqası bir az aktiv vəziyyətdə olsaydı, Qurban Qurbanovla bağlı fərqli şeylər danışa bilərdik", - deyə ekspert vurğulayıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərliyi altında "Qarabağ" klubu UEFA Çempionlar Liqasında beş turdan sonra 7 xalla 16-cı pillədə qərarlaşıb.

Milli.Az