“TIR”larla bağlı məsələ qısa zamanda həll olunacaq” - Rəsmi

26 Noyabr 2025 21:00

Batumi və Tbilisi gömrük-keçid məntəqələrində 20 gündən artıqdır saxlanılan Azərbaycan yük avtomobilləri (TIR) ilə bağlı məsələ qısa zamanda həll olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə "Report"a Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, bu gün səfirliyin əməkdaşları Gürcüstanın müvafiq qurumlarının nümayəndələri ilə görüş keçiriblər və danışıqlar çərçivəsində qarşı tərəf məsələnin qısa zamanda həll olunacağına söz verib.

Xatırladaq ki, tütün məmulatları daşıyan Azərbaycana məxsus yük maşınları bir müddət əvvəl Gürcüstan sərhəd-keçid məntəqəsində heç bir səbəb göstərilmədən saxlanılmışdı.

Milli.Az