"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona heykəl qoyulmasını istəmir.
Milli.Az xəbər verir ki, bu barədə "Sportinfo"ya müsahibəsində məşqçi özü bildirib.
"Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm. Mən bu xalqın övladıyam. Tapşırılan işi layiqincə yerinə yetirməliyəm. Heykəli qoyulası o qədər adam var ki... Bizim müharibədə o qədər qəhrəmanlarımız oldu, öz xarakterini ortaya qoyub ölümə gedənlər oldu... Onların haqqında daha çox danışılmalıdır, nəinki bizim. Bu, gündəlik iş rejimidir, bizə maneə olan, daş atan yoxdur. Sakitcə öz işimizi görürük", - deyə Q. Qurbanov söyləyib.
Milli.Az