Afət meyxanaçıya ərə gedir - VİDEO

26 Noyabr 2025 19:25

Jurnalist və aparıcı Afət Rahilqızı yaxın zamanda meyxanaçı Fərhadla ailə qurmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, cütlük qonaq olduqları teleproqramda duyğulu anlar yaşayıb.

Afət və Fərhad efir zamanı kövrələrək göz yaşlarını saxlaya bilməyiblər. Onların səmimi münasibəti sosial şəbəkələrdə də böyük maraqla qarşılanıb.

Məlumata görə, cütlük artıq toy tarixini də müəyyənləşdirib. Qarşıdakı aylarda keçiriləcək mərasimlə bağlı hazırlıqların başladığı bildirilir.

Afət Rahilqızı və Fərhadın münasibəti qısa zamanda gündəmə çevrilərək izləyicilər tərəfindən təbrik və xoş arzularla qarşılanıb.

Hüseyn
Milli.Az