Kaan Tangözenin Kahramanmaraş Universitetində verdiyi konsertdə "Baltalar Elimizde" mahnısının sözlərini dəyişdirməsi müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, hadisəyə görə tənqid hədəfinə çevrilən universitet rəhbərliyi isə məsuliyyət daşımadıqlarını açıqlayıb.
KSÜ rektorluğu yayımladığı bəyanatda konsertin universitet tədbiri olmadığını, yalnız zalın təşkilatçı şirkətə icarəyə verildiyini bildirib:
"Konsertin məzmunundan xəbərsizik. Universitetimizin belə bir tədbirə görə məsuliyyət daşıması qəbuledilməzdir" .
Universitet rəhbərliyi hadisə ilə bağlı inzibati araşdırmanın başladıldığını və hüquqi addımların atılacağını bildirib.
Həmin mahnının sözlərini təqdim edirik;
Baltalar elimizde, imarı cebimizde.
Biz gideriz ormana, hey ormana...
Bakanlar yanımızda, başkan önümüzde.
Biz gideriz ormana, hey ormana...
Bu ormanı yaksak da mı satsak, yıkıp yerine rezidans çaksak?
İyi para ediyor.
Fidan
Milli.Az