"ChatGPT"dən YENİLİK

26 Noyabr 2025 17:37

"OpenAI" ChatGPT-də səsli danışıq funksiyasını yeniləyərək onu birbaşa əsas söhbət pəncərəsinə inteqrasiya edib. İndi səsli dialoq zamanı yazışma bölməsi açıq qalır və danışılan mətni sistem real vaxtda transkripsiya edir.

Milli.Az xəbər verir ki, yeniləmə barədə şirkət "X" sosial şəbəkəsində açıqlama verib.

Yeniliklərlə çat-bot artıq daha geniş multimedia funksiyalarına malikdir: istifadəçilərə keçidlər göndərə, xəritələr və şəkillər göstərə, eləcə də söhbət zamanı aktuallaşan hava məlumatını təqdim edə bilir.

İstəyənlər köhnə səsli rejimə də qayıda bilərlər. Bunun üçün Fərdiləşdirmə → Ətraflı → Ayrı rejim bölmələrinə daxil olmaq kifayətdir. Bu rejimdə animasiyalı kürə göstərilir və transkripsiya yalnız danışıq bitdikdən sonra təqdim olunur.

Asya
Milli.Az