Bağçada uşaqlara niyə ət verilmir - ŞİKAYƏT - FOTO - VİDEO

26 Noyabr 2025 17:10

Bakıdakı 98 saylı dövlət bağçasında uşaqlara dövlət tərəfindən ayrılmış ət verilmir.

Bununla bağlı Milli.Az-a şikayət daxil olub.

Şikayətçi bildirib ki, bağçada uşaqlar ac qalır.

"Uşaqların bağçada qidalanması çox zəifdir, uşaqlar ac qalır".

Həmçinin söyləyib ki, bağçada bu kimi başqa ciddi problemlər də var.

Qeyd edək ki, təhsil müəssisələrində uşaqlar üçün orta sutkalıq qida normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Mövcud normalara əsasən uşaqlara bağçada gün ərzində 50-55 qram ət verilməlidir.

 
 
 
 
 
View this post on Instagram
 

 

 
 
 
 
 
 
 
 
 

A post shared by Milli.Az.official (@milli.az.official)

Mina Mikayılova
Milli.Az