Abşeron rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Milli.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
"Noyabrın 26-sı saat 12 radələrində Abşeron rayonunda, Fatmayı kəndinin ərazisində Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Elcan Zair oğlu Ələsgərovun idarə etdiyi 90-YD-245 dövlət nömrə nişanlı "Chevrolet Cobalt" markalı avtomobil aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.
Milli.Az