Bu gün ali xüsusi rütbə verilənlər kimdir? - DOSYE

26 Noyabr 2025 16:02

Prezident İlham Əliyevin noyabrın 26-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavinləri Toğrul Hüseynov və Abiddin Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

Milli.Az onların dosyesini təqdim edir:

Toğrul Hüseynov - Ədliyyə nazirinin müavini

Doğum ili: 1986, Bakı şəhəri

Təhsili:

2007 - Bakı Dövlət Universiteti, Hüquqşünaslıq üzrə bakalavr

2010 - Bakı Dövlət Universiteti, magistr (fərqlənmə diplomu)

2022 - ABŞ, Missuri Universiteti - Dövlət idarəetməsi üzrə magistr

2024 - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası - Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr

Harvard Biznes Məktəbi - davamlı biznes strategiyaları üzrə ixtisaslaşma

Karyerası:

2010-2013 - Ədliyyə Nazirliyinin İcra xidmətində

2013-2016 - Qanunvericilik baş idarəsində müxtəlif vəzifələr

2016-2017 - "Azərbaycan Dəmir Yolları" QSC, Hüquq şöbəsinin bölmə rəisi

2017-2024 - Azərbaycan Respublikası Prezidenti Administrasiyasında hüquq və qanunvericilik üzrə baş məsləhətçi

2024 (aprel-sentyabr) - Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi

07.09.2024 - Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib

Xarici dillər: İngilis, Rus

Ailəsi: Ailəlidir, iki övladı var.

Abiddin Qabil oğlu Hüseynov - Ədliyyə nazirinin müavini

Doğum ili: 1977, Neftçala rayonu

Təhsili:

1997 - Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu, Politologiya fakültəsi (bakalavr)

1999 - Eyni fakültənin magistr pilləsi (fərqlənmə diplomu)

2003 - Rusiya Ədliyyə Nazirliyi, Rusiya Hüquq Akademiyası - hüquq üzrə ikinci ali təhsil

Cenevrə, Ankara, Paris, Berlin şəhərlərində dövlət qulluqçuları və hakimlər üçün təlim və ixtisasartırma proqramlarında iştirak

Karyerası:

2000 - Konstitusiya Məhkəməsində əmək fəaliyyətinə başlayıb

2000-2010 - Məhkəmədə müxtəlif vəzifələrdə çalışıb

2010 - Prezident sərəncamı ilə Binəqədi Rayon Məhkəməsinin hakimi təyin edilib

2013-2020 - Bakı Apellyasiya Məhkəməsinin hakimi

2020-2024 - Ali Məhkəmənin hakimi

2023 - Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinə üzv seçilib

2020-dən - ADA Universitetində "Mülki proses" fənnini tədris edir

Hüquq sahəsində elmi-praktiki nəşrlərin müəllifi və redaktoru

04.06.2024 - Prezident sərəncamı ilə Ədliyyə nazirinin müavini təyin edilib

Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvüdür

Mükafatları:

"Tərəqqi" medalı

"Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)" yubiley medalı

Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı

Xarici dillər: İngilis, Rus

Ailəsi: Ailəlidir, üç övladı var.

Asya
Milli.Az