"Topol" və "İskəndər" raketlərinin yaradıcısı kimi tanınan raket texnologiyası üzrə dizayner Valerian Sobolev Rusiyada dünyasını dəyişib.
Milli.Az xəbər verir ki, Sobolevin ölümü ilə bağlı Rusiya mətbuatı məlumat yayıb .
Sovet və Rusiya raket texnologiyaları üzrə dizayner Valerian Sobolev 88 yaşında Rusiyada vəfat edib
Sobolev "Pioner" mobil raket kompleksi, "Pioneer UTTH" və "Pioneer-3" modifikasiyaları üçün buraxılış qurğuları və yerüstü avadanlıqların yaradılması üzrə dizayn işlərinə rəhbərlik etmişdir.
Onun ən məşhur dizaynları "Topol" qitələrarası ballistik raketləri olan mobil raket kompleksi, həmçinin "İskəndər" operativ-taktiki raket kompleksi olub.
Milli.Az