Binəqədini 50 gündür su aparır, səbəb görün nə imiş

26 Noyabr 2025 16:51

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 50 gündən çoxdur ki, mənbəyi bilinməyən su axıntısı müşahidə olunur. Su həm küçəyə, həm də bir neçə evin həyətinə və hətta mənzillərə daxil olduğundan divarlarda nəmlik və kif yaranıb.

Milli.Az xəbər verir ki, sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə müraciət etsələr də, problem həll olunmayıb. Onların sözlərinə görə, ADSEA əməkdaşları ərazidə qazıntı aparsa da, sızmanın hansı xəttdən qaynaqlandığı müəyyən edilməyib.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirildi ki, aparılan araşdırmalar nəticəsində içməli su xəttində sızma aşkarlanmayıb. Götürülən nümunələrin analizinə əsasən, axıntının qrunt sularından yarandığı müəyyən edilib.

Asya
Milli.Az