Tanınmış türkiyəli jurnalist Fatih Altaylı barəsində məhkəmə hökmü elan edilib.
Milli.Az xəbər verir ki, məhkəmənin verdiyi qərarla Altaylı 4 il 2 ay həbs cəzasına məhkum olunub.
Xatırladaq ki, jurnalist Türkiyə Prezidentinə qarşı təhdid xarakterli ifadələr işlətməkdə suçlanırdı. Bu ilin iyun ayında o, həmin ittihamla saxlanılaraq həbs edilmişdi.
Milli.Az