Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürdü - FOTO

26 Noyabr 2025 14:41

Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürüb.

Milli.Az xəbər verir ki, Gümüşhane Universitetində Mühəndislik və Təbiət Elmləri Fakültəsinin əməkdaşı H.T. eyni fakültədə çalışan qadın zabiti D.B.-ni silah gücü ilə girov götürüb. Hadisənin səbəbi hələ məlum deyil.

Hadisə yerinə polis cəlb olunub və silahlı şəxsi təslim olmağa razı salmaq üçün səylər davam etdirilir.

Giriş-çıxış məntəqələri mühafizə altına alınıb və Xüsusi Əməliyyat Polisi hadisə yerindədir.

Milli.Az