Dünyanın ən yüksək rifah səviyyəsinə malik ölkələrindən biri olan İsveçrə yalnız güclü iqtisadiyyatı ilə deyil, həm də insanların pul idarəçiliyindəki intizamlı yanaşması ilə fərqlənir. Beynəlxalq hesabatlara görə, ölkədə hər beş nəfərdən biri artıq milyonçu səviyyəsinə çatıb. İqtisadçılar bu vəziyyəti yalnız yüksək maaşlarla deyil, isveçrəlilərin nəsildən-nəslə ötürdüyü maliyyə mədəniyyəti ilə izah edirlər.
Milli.Az xəbər verir ki, İsveçrənin sərvətini davamlı edən yeddi əsas vərdiş bunlardır:
İsveçrə Avropada ev sahibliyi göstəricisinin ən aşağı olduğu ölkələrdən biridir. Bunun səbəbi xalqın uğursuzluğu deyil, əksinə, şüurlu maliyyə strategiyası tətbiq etməsidir. Böyük kapitalı daşınmaz əmlaka bağlamaq əvəzinə, insanlar pullarını daha yüksək gəlirli investisiya fondlarına, qlobal bazarlara və ya pensiya yığımlarına yönəldirlər. Bu yanaşma kapitalın hərəkətliliyini itirməməyə imkan verir.
İsveçrəlilərin çoxu maaşının 20-30%-ni birbaşa yığım hesabına köçürür. İqtisadçılara görə bu metod "artıq pul qalsa, yığaram" düşüncəsinin tam əksidir və maliyyə sabitliyinin əsasını təşkil edir.
İsveçrəlilər hər il gəlirlərinin 5-10%-ni şəxsi inkişaf üçün ayırırlar. Bu yatırımlar adətən xarici dil kursları, texnoloji bacarıqlar, sertifikat proqramları və ya maliyyə savadlılığı təhsili olur. Mütəxəssislərə görə bu yanaşma insanlara əmək bazarında daim rəqabət qabiliyyətli qalmağa kömək edir.
İsveçrədə "multi-bank strategy" (çoxbanklı strategiya) geniş yayılıb. İnsanlar adətən 3-dən 5-ə qədər fərqli bankdan istifadə edir. Hər bankın funksiyası ayrıdır:
Belə olduqda həm risk bölünür, həm də daha geniş maliyyə alətlərinə çıxış təmin olunur.
İsveçrə cəmiyyətində nümayişkaranə xərcləmək bir status göstəricisi deyil. Mütəxəssislərə görə burada real sərvətin ölçüsü "azadlıq"dır - yəni zaman azadlığı, borcsuz olmaq, yığma gücü və lazım gəldikdə işləmədən yaşaya bilmək. Lüks istehlak sərvəti azaltdığı üçün geniş yayılmır.
İsveçrelilər maliyyə aktivlərini, investisiya portfellərini və hətta yaşayış yerlərini belə şaxələndirməyi vərdişə çeviriblər. Xaricdəki vergi üstünlükləri, investisiya imkanları və maliyyə azadlığı sahələrini yaxından izləyirlər. Qlobal düşünmək uzunmüddətli sərvətin qorunmasına imkan verir.
İsveçrədə "tez varlanmaq" düşüncəsi geniş yayılmayıb. Ailələr uşaqlara kiçik yaşdan yığım və investisiya mədəniyyəti aşılayır. Uzunmüddətli planlaşdırma, aşağı riskli, amma sabit gəlirli fondlar və intizamlı nəzarət sərvətin nəsildən-nəslə ötürülməsinə şərait yaradır.
Mütəxəssislərə görə, İsveçrədə sərvəti davamlı edən əsas prinsiplər bunlardır:
Bu vərdişlər sayəsində İsveçrə təkcə bu gün yox, gələcək nəsillərdə də dünyanın ən varlı cəmiyyətlərindən biri olaraq qalmağa davam edir.
Lalə Qüdrətova
Milli.Az