"Yaprak dökümü"ndəki ev xarabalığa çevrildi - VİDEO - FOTO

26 Noyabr 2025 13:43

Bir zamanların reytinqli serialı "Yaprak dökümü"ndəki ev artıq xarabalığa çevrilib.

Milli.Az xəbər verir ki, serialda ailənin böyük qızı Fikretin gəlin getdiyi Adapazarında yerləşən evdən əsər-əlamət qalmayıb.

Yeni görüntüləri yayılan mənzilin qapı və pəncərələri çıxarılıb. Ev hazırda pis vəziyyətdədir.

Qeyd edək ki, Tahsin (Ahmet Saraçoğlu) orada həyat yoldaşı Fikret, anası və uşaqları ilə yaşayırdı.

Milli.Az