Klinikada iynə vurulan qadın öldü

26 Noyabr 2025 11:24

Sumqayıtda 72 yaşlı qadın iynənin təsirindən ölüb.

Milli.Az xəbər verir ki, hadisə noyabrın 25-də Sumqayıtın 45-ci məhəlləsinin ərazisində yerləşən 3 saylı ailə sağlamlıq klinikasında baş verib.

Şəhər sakini 1953-cü il təvəllüdlü Nigar Babaxanova orada ona vurulan iynənin təsirindən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az