Braziliyanın "Santos" klubunun futbolçusu Neymar menisk zədəsi səbəbindən 2026-cı ilə qədər meydana çıxmayacaq.
Milli.Az xəbər verir ki, məlumatı yerli "Globo" nəşri yayıb.
33 yaşlı hücumçu A Seriyasının XXXV turunda "İnternasional"la oyun öncəsi sol dizində ağrı hiss edib və matçda iştirak edə bilməyib.
Neymarın növbəti qarşılaşmaya qayıdacağı gözlənilsə də, zədənin ciddi olduğu məlum olub. Buna görə də o, A Seriyasında qalmaq uğrunda mübarizə aparan komandasına son üç oyunda kömək edə bilməyəcək.
Qeyd edək ki, Neymarın "Santos"la müqaviləsi bu ilin sonunda başa çatır.
Milli.Az