Levandovskidən "Fənərbağça"nın təklifinə CAVAB

26 Noyabr 2025 12:22

Qış transfer dönəmi yaxınlaşdıqca "Fənərbağça"nın hücum xəttini gücləndirmək planları da gündəmə gəlib.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, İstanbul klubunun əsas hədəflərindən biri olan polşalı ulduz Robert Levandovski verilən təkliflə bağlı qərarını bildirib.

"Sarı-lacivərdlilər" həm Superliqada çempionluq, həm də Avropa Liqasında iddiasını artırmaq məqsədilə mərkəz hücumçu mövqeyinə güclü transfer axtarışındadır. Klubun radarında Aleksandr Sörlot və Robert Levandovski kimi yüksək səviyyəli futbolçuların olduğu qeyd edilir.

Lakin bildirilib ki, Levandovski "Fənərbağça"nın təklifini qəbul etməyib. Təcrübəli hücumçu hazırda "Barselona"dan ayrılmaq istəmir və ən azı yay transfer pəncərəsinə qədər Kataloniya klubunda qalmağı planlaşdırır.

Beləliklə, "Fənərbağça" növbəti hücumçu axtarışlarını davam etdirməli olacaq.

Hüseyn
Milli.Az