Bələdiyyə sədrinə "stop" qoyuldu

26 Noyabr 2025 09:10

Şamaxıda 6 kəndin bələdiyyə sədrinin ölkədən çıxışına məhdudiyyət qoyulub. 

Milli.Az qaynarinfo-ya istinadla bildirir ki, Şamaxı rayonunun Meysəri bələdiyyəsinin (Meysəri, Muğanlı, Qurdtəpə, Günəşli, Şirvan və Şərədil kəndləri) sədri Emil Nəbiyev barəsində Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi məhkəməyə müraciət edib.

Məlum olub ki, 6 kənədə rəhbərlik edən bələdiyyə sədrinin sözügedən idarəyə 2000 min manatdan çox vergi borcu yaranıb. Xəbərdarlığa baxmayaraq, sözügedən borcu ödəməyən bələdiyyə sədri barəsində məhkəməyə müraciət edilib.

Məhkəmənin hökmü ilə 1995-ci il təvəllüdlü Emil Nəbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Milli.Az