Aralıq dənizinin Muğla sahillərində 4,1 bal gücündə zəlzələ baş verib.
Milli.Az xəbər verir ki, zəlzələ dənizin 6,6 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ saat 22:21-də baş verib.
Zəlzələ səbəbilə vətəndaşlar qısa müddətli təşviş yaşayıb. Təkanlar Muğla ilə yanaşı Aydın, İzmir, Manisa və Denizlidə də hiss olunub.
Lalə Qüdrətova
Milli.Az