Müğənni Amina Şirin qapalı geyim tərzi ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, sənətçi bunun şəxsi seçim deyil, daha çox ana kimi daşıdığı məsuliyyətlə bağlı olduğunu bildirib.
Amina Şirin qız övladının olması ilə əlaqədar geyimində daha diqqətli davrandığını söyləyib:
"Qız övladım var. Uşaq valideyninə baxıb nümunə götürür. Mənim üçün 'Amina qapalı geyinir' deyirlər. Mən bunu insanlar üçün yox, övladımın xatirinə edirəm. Şəxsi həyatım başqa, özüm bilərəm. Sabah qapıma elçi gələndə etdiklərimi qarşıma qoyan olmasın deyə, məsuliyyətli davranıram".
Sənətçi qeyd edib ki, onun işi sənəti təqdim etməkdir və geyimlə yadda qalmaq istəmir. Aminanın açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az