Ayxan Abbasov hesabat verdi

25 Noyabr 2025 22:57

Xəbər verdiyimiz kimi, bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, iclasda AFFA-nın prezidenti Rövşən Nəcəf iştirak edib.

O, iclasın gündəliyi barədə məlumat verib. Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə A milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib.

Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.