"Çox gənc idim, kobud söz qəlbimi dərindən yaralayırdı" - FOTO

25 Noyabr 2025 22:53

Aktrisa Ülviyyə Xəlilbəyli görünüşü ilə bağlı onu tənqid edənlərə cavab verib.

Milli.Az xəbər verir ki, o, instaqram səhifəsində illər əvvəl rol aldığı serialdan olan görüntülərini paylaşaraq bu sözləri yazıb:

"Bu serialda çəkiləndə çox gənc idim. Hər şeyə yeni başladığım vaxtda hər linç, hər kobud söz qəlbimi dərindən yaralayırdı. Həssas idim, incəydim, özümü qorumağı bacarmırdım. Üzümün kilolu olmağına görə o qədər linç edilirdim ki... O zamanlar sosial şəbəkələrdə "üzündə gel var" deyib yazılan şərhlərlə dolub-daşırdı. Sonra arıqladım, yenə linçləndim. Əməliyyat oldum, bu dəfə də keçmişdəki halımı tərifləyib məni yenə linç etdiniz. Hətta bəzən köhnə şəkillərimi paylaşıram, onu belə yeni kimi qəbul edib "nə gündəsən" yazırsınız. Halbuki o şəkillər illər əvvəl çəkilib. Sanki əzbərləmisiniz sözləri. Ən çox da məni bu düşündürür ki, mənim görünüşümə görə siz niyə məndən çox narahatsınız? Hər halımla sevənlərimin yeri qəlbimdə xüsusi yerdədir. Arxamla danışan sənət yoldaşlarımdan hələ danışmıram. Bu qədər önəmsədiyiniz üçün minnətdaram". 

Milli.Az