Yaponiyada güclü zəlzələ oldu

25 Noyabr 2025 17:34

Yaponiyanın Kumamoto və Oitada prefekturalarında 5,8 maqnitudalı zəlzələ baş verib.

Milli.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Sunami xəbərdarlığı elan edilməyib.

Agentliyin məlumatına görə, Aso və Taketa şəhərlərində ən azı 5 bal gücündə yeraltı təkanlar hiss edilib.

Milli.Az